Şamaxıda kişi dağda ölüb.

"Unikal"ın məlumatına görə, hadisə Şamaxı rayonunun Quşçu kəndində baş verib.

Belə ki, 1953-cü il təvəllüdlü Abşeron rayon sakini Xəlilov Sabir Səfər oğlu dağdan yıxılaraq ölüb.

Hadisənin S.Xəlilovun bitki yığdığı vaxt baş verdiyi bildirilir.

Murad İbrahimli