Kürdəxanı qəsəbəsindəki obyektdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində tam söndürülüb.

Bu barədə "Unikal"a FHN-in mətbuat xidmətindən mıəlumat verilib.

Bildirilib ki, yanğın nəticəsində ümumi sahəsi 2000 kvadratmetr olan istixana kompleksinin inzibati binası 560 kvadratmetr sahədə yanıb.

İnzibati binanın böyük hissəsi və bitişik tikilmiş istixanalar yanğından mühafizə olunub.

***

11:41

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

"Unikal" xəbər verir ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

10:06

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

FHN-in Mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.