Gədəbəydə 45 yaşlı qadın dəm qazından boğularaq ölüb.

"Unikal"ın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini 1980-ci il təvəllüdlü  Y.M-nin yaşadığı evin vanna otağından meyti tapılıb.

Qadının dəm qazından boğularaq öldüyü bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Tural Əhmədov