Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 2800 m² (hər mərtəbəsi və mansardası 700 m²) olan üçmərtəbəli mansarda tipli çörək sexinin 3-cü mərtəbəsində sobanın izolyasiya üzlüyü 10 m² sahədə yanıb.

"Unikal" xəbər verir ki, sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.