Bakıda ölümlə nəticələnən qəza baş verib.

"Unikal" xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib.

2000-ci il təvəllüdlü Orxan Qurbanov idarə etdiyi “AzSamand” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və idman zalına çırpılıb.

Sürücü hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.