Gəncədə iki sərnişin avtobusdan yıxılaraq xəsarət alıb.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Ş.Tağızadə, 2000-ci il təvəllüdlü X.Nəsibova və 2009-cu il təvəllüdlü qız müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.
Dərhal onlara yadım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, hər iki şəxs 1 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusundan dayanacaqda düşmək istəyən zaman yıxılaraq xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov