Qusarda 84 yaşlı kişi itkin düşüb.

"Unikal"ın verdiyi məlumata görə, 1941-ci il təvəllüdlü Arif Uluxan oğlu Uluxanov aprelin 26-sı saat 14.00 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Məsələ ilə bağlı Qusar polisi axtarışlara başlayıb.

Qeyd edək ki, Arif Uluxanov uzun müddət Qusar rayon Mərkəzi Xəstəxanasında həkim işləyib.

Asiman Qaraca