Yevlaxda tövlədə yanğın olub.

"Unikal"ın məlumatına görə, hadisə Havarlı kəndində Nəriman Əmirova məxsus fərdi təsərrüfatda baş verib.

Hadisə yerinə yanğınsöndürənlər gələrək yanğını söndürüb. Alov tövlənin damını və bəzi yanar konstruksiyalarını sıradan çıxarıb. Eyni zamanda damda olan 50-yə yaxın toyuq və cücələr yanaraq tələf olub.

Ehtiram Muradov