Ağcabədidə ağır yol qəzası olub, iki nəfər ölüb.
"Unikal" "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində baş verib.
Belə ki, hərəkətdə olan “Vaz 2106” markalı 10-CM-225 dövlət nömrə nişanlı avtomobil traktorla toqquşub.
Nəticədə minik avtomobilinin sürücüsü və sərnişini, Salyan rayonu Qaraçuxur qəsəbə sakini 2002-ci il təvəllüdlü Əmirəliyev Şamil Pənah oğlu və Qazax rayon Qaymaqlı kənd sakini 2002-ci il təvəllüdlü Əhmədov Vaqif Valeh oğlu hadisə yerində həyatını itirib. Həlak olan şəxslərin hərbçi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.