Sumqayıtda sirkə turşusu içən 70 yaşlı qadın xəstəxanada ölüb.

"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə dünən Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

1955-ci il təvəllüdlü Əhmədova Şəhla Əvəz qızının sirkə turşusunu ehtiyatsızlıqdan içdiyi bildirilir.

Ş. Əhmədova Bakıda yerləşən xəstəxanalardan birinə aparılıb və göstərilən tibbi yardımlara baxmayaraq bu gün dünyasını dəyişib.

Faktla abğlı araşdırma aparılır.