Oğuz rayonunda baş verən qəzada 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.

"Unikal" xəbər verir ki, hadisə Oğuz-Bayan avtomobil yolunun Bayan kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, "Toyota Prius" markalı avtomobilin idarəetmədən çıxması nəticəsində avtomobildə olan sərnişin hadisə yerində dünyasını dəyişib. Sürücü isə ağır xəsarət alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, qəzada ölən və xəsarət alan şəxslər Oğuz rayon sakinləridir. Hazırda onların şəxsiyyətləri dəqiqləşdirilir.

Hadisə yerində polis əməkdaşları cəlb olunub.

Seymur Əli