Xaçmazda baş verən qəzada 4 nəfər xəsarət alıb.
"Unikal"ın Şimal bürosunun məlumatına görə, hadisə zamanı xəsarət alan Bakı şəhər sakinləri, sürücü 1984-cü il təvəlludü Tərlan Həsənbəyov və onun oğlu 2014-cü il təvəllüdlü R.Həsənbəyov, (azyaşlı),
Xaçmaz rayon sakinləri 1962-ci il təvəllüdlü Xanlar Balacayev və onun həyat yoldaşı 1965- ci il təvəllüdlü Aynaxanım Balacayeva Xaçmaz Rayon Mərkəzi
Xəstəxanasına hospitalizasiya olunublar.
Onlara bədənin müxtəlif nayihələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
Hazırda xəsarət alan şəxslərin diaqnostik müayinəsi müvafiq tibb müəssisəsində davam etdirilir.
*** 18:20
Xaçmazda yol-nəqliyyat hadisəsi baş verib, 4 nəfər xəsarət alıb
"Unikal"ın Şimal bürosunun məlumatına görə, Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Yaqub-oba kəndindən keçən hissəsində "Toyota" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində avtomobildə olan 4 nəfər şəxs müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Yaralıların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Asiman Qaraca