Ağstafada qəza olub, xəsarət alanlar var.

"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolununn rayon ərazisindən keçən hissəsində baş verib. Belə ki, hərəkətdə olan iki "VAZ" markalı minik maşını toqquşub.Qəza zamanı xəsarət alan 1977-ci il təvəllüldü V.Abbasov,1970-ci il təvəllüdlü G.Məmmədova,1997-ci il təvəllüdlü R.Əfəndiyev,1998-ci il təvəllüdlü M.Əlizadə və 1989-cu il təvəllüdlü N.Məmmədov xəstəxanaya yerləşdiriliblər. Xəstəxanaya yerləşdirilən şəxslərin vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov