"Növbədənkənar seçkilərə hazırlaşmırıq". 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hər il hökumətin və siyasi çoxluğun növbədənkənar parlament seçkilərinə hazırlaşdığına dair iddialar səslənir: "Həmin iddia mənim və digər həmkarlarımızın vətəndaşlarla çox fəal regional görüşlərimiz, təmaslarımız olması ilə bağlı idi. Artıq tanış olan dəst-xətt isə ondan ibarətdir ki, məmur vətəndaşı yaxın məsafədən görürsə, bu, hakimiyyətin növbədənkənar seçkilərə hazırlaşdığının birbaşa sübutudur.

Biz növbədənkənar seçkilərə hazırlaşmırıq, gündəlik işimizlə məşğuluq və vətəndaşlarla ünsiyyət onun gündəlik hissəsidir. Mən hökumət üzvlərini kabinetdən kənarda mümkün qədər çox gün keçirməyə çağırıram, tələb edirəm və göstəriş verirəm". 

Ağarza Elçinoğlu