Ağdaş rayonunda 66 yaşlı qadın su kanalına düşüb.
"Unikal"ın məlumatına görə, Ağcayazı kənd sakini 1959-cu il təvəllüdlü Əkbərova Nazilə Əliabbas qızı yaşadığı evdən çıxaraq geri qayıtmayıb. Daha sonra qadının əşyaları Yuxarı Şirvan su kanalı ərazisində aşkarlanıb. Onun su kanalına düşdüyü bildirilib.
Dərhal qadının axtarışlarına başlanılıb. Axtarışlar davam edir.
Ehtiram Muradov