Nəsimi rayonu ərazisində dələduzluq və soyğunçuluq edən şəxslər saxlanılıblar.

DİN-dən "Unikal"a verilən məlumata görə, Nəsimi rayonu ərazisində bir nəfər 50 yaşlı kişini aldatmaqla onun 36500 manatını mənimsəyib.

Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 51 yaşlı R.Qurbanov saxlanılıb. Aparılan araşdırmalarla onun borclu şəxs qismində axtarışda olduğu da məlum olub.

Bundan başqa, rayon ərazisində bir nəfərin 200 manatını soyğunçuluq yolu ilə almış 22 yaşlı M.Ağamaliyev də saxlanılıb.

Araşdırma aparılır.