Xəbər verdiyimiz kimi, Tiranada keçirilən Avropa Siyasi Birliyinin VI Zirvə Toplantısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında görüş olub.
"Unikal" xəbər verir ki, hər iki tərəf Ermənistan-Azərbaycan sülh sazişinin mətninin razılaşdırılmasının vacibliyini vurğulayıblar.
Ermənistan hökumətinin məlumatına görə, tərəflər mövcud vəziyyəti müzakirə edib və imzalanma prosesinin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
***13:22
Prezident İlham Əliyev Albaniyanın paytaxtı Tirana şəhərində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.
"Unikal" xəbər verir ki, görüş “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış mərasimi çərçivəsində baş tutub.
Azərbaycan və Ermənistan liderlərinin söhbətinə sonradan Avropa liderləri də qoşulub. Daha sonra İlham Əliyev Paşinyanla masa arxasına keçiblər.
Ağarza Elçinoğlu
🇦🇿🇦🇲 Prezident İlham Əliyev Albaniyada «Avropa Siyasi Birliyi»nin 6-cı Zirvə toplantısı çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşüb. pic.twitter.com/54MvCDbSH4
— Unikal.az (@UnikalOrgPortal) May 16, 2025
Görüşdən daha bir video pic.twitter.com/sMSuJtIb7O
— Unikal.az (@UnikalOrgPortal) May 16, 2025