Bərdə-Yevlax yolunda yük maşını minik avtomobili ilə toqquşub.
"Unikal"ın məlumatına görə, hadisə Bərdə-Yevlax avtomagistralında baş verib.
Belə ki, "Kia" markalı minik maşınının "TIR"la toqquşması nəticəsində minik maşınının sürücü ağır xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov