İctimai nəqliyyatda kəsici alətlə qeyri-adekvat hərəkətlər edən 1957-ci il təvəllüdlü qadın polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli "Unikal"a açıqlamasında bildirib ki, onun sağlamlıq vəziyyəti nəzərə alınaraq barəsində qanunamüvafiq tədbirlər görülüb.

***

10:08

İctimai nəqliyyatda kəsici alətlə qeyri-adekvat hərəkətlər edən 1957-ci il təvəllüdlü qadının şəxsiyyəti polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli "Unikal"a açıqlamasında bildirib ki, onun sağlamlıq vəziyyəti nəzərə alınaraq barəsində qanunamüvafiq tədbirlər görülür.

***

09:49

Bakıda əlində bıçaqla avtobusa daxil olan qadın digər sərnişinləri hədələyib.

"Unikal" xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.

Qadının bu hərəkəti sərnişinlər arasında narahatlıq yaradıb.