"Gürcüstan Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaqda maraqlıdır".
"Unikal" xəbər verir ki, bunu Gürcüstan prezidenti Mixail Kavelaşvili deyib.
"Bu yaxınlarda bizim regionda Ermənistan və Azərbaycan arasında münaqişə olub və biz münaqişənin sona çatmasında maraqlı tərəflərdən biriyik. Mən hər iki ölkənin hökumətlərinə münaqişəyə son qoymaq istəyinə görə təşəkkür etmək istərdim. Sülh və sabitlik region üçün vacibdir və hər üç ölkə üçün imkanlar açır", - Kavelaşvili qeyd edib.
Ağarza Elçinoğlu