Ağdaşda avtomobil dəmiryolu keçidində qatara çırpılıb.
"Unikal"ın məlumatına görə, hadisə Ləki qəsəbəsi ərazisində yerləşən və avtomobillər üçün nəzərdə tutulmuş dəmiryolu keçidində baş verib. Minik avtomobilinin qatarla toqquşması zamanı ilkin məlumata görə 3 nəfər müxtəlif bədən xəsarətləri alıb.
Hadisə yerinə DYP əməkdaşları və həkim briqadası cəlb olunub.Faktla bağlı araşdırma başlanıb.
Ehtiram Muradov