Xarici mediada “Pop Kralı” kimi tanınan əfsanəvi müğənni Maykl Ceksonun ölümündən iki gün əvvəl çəkilmiş video yayımlanıb. 

"Unikal" xəbər verir ki, yayımlanmamış video böyük səs-küyə səbəb olub.

Görüntülərdə 50 yaşlı Ceksonun rejissor və bir qrup rəqqasə ilə məşq etdiyi əks olunub.  

Əfsanəvi ifaçı 2009-cu ilin iyunun 25-də həddindən artıq dozadan ölüb. Lakin pərəstişkarları onun sui-qəsd nəticəsində öldürüldüyünü iddia edir.  Onun ölümündən 16 il keçsə də,  bu iddialar yenə gündəmdədir.