1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Rabitəbank tərəfindən həyata keçirilən “Möcüzə Yarmarkası” sosial layihəsi öz sonluğunu sevgi və ümid dolu bir görüşlə tamamlayıb. Layihənin yekun mərhələsi çərçivəsində "Rabitəbank" kollektivi “Ümid Yeri” Uşaq Sığınacağında yaşayan uşaqları ziyarət edərək onlarla unudulmaz bir gün keçirib.

"Unikal" xəbər verir ki, ziyarət zamanı uşaqlara müxtəlif hədiyyələr təqdim olunub, birlikdə bayram tortu kəsilib və əyləncəli oyunlar təşkil olunub. Sığınacaqda yaşayan uşaqlar üçün bu görüş həm sevinc dolu anlar, həm də onlara dəyər verildiyini hiss etdikləri xüsusi bir günə çevrilib.

“Möcüzə Yarmarkası” "Rabitəbank" əməkdaşlarının və onların övladlarının iştirakı ilə həyata keçirilib. Layihə çərçivəsində təşkil olunan yarmarkada müxtəlif məhsullar satılıb. Toplanan vəsait isə əməkdaşların və onların övladlarının təşəbbüsü ilə “Ümid Yeri” Uşaq Sığınacağında yaşayan balacalar üçün hədiyyələr alınmasına sərf olunub.

"Rabitəbank" bu təşəbbüsü ilə bir daha sübut etdi ki, sosial məsuliyyət yalnız maddi dəstək deyil, həm də mənəvi körpülərin qurulması, cəmiyyətin həssas təbəqələrinin yanında olmaqdır. Layihə eyni zamanda bank kollektivi üçün də dəyərli bir mənəvi təcrübəyə çevrilərək həmrəyliyi gücləndirib, xoş niyyətin birləşdirici gücünü göstərib.

"Rabitəbank" fəaliyyəti dövründə hər zaman müxtəlif sosial layihələrlə cəmiyyətin fərqli təbəqələrinə dəstək göstərir. “Möcüzə Yarmarkası” təşəbbüsü isə həm uşaqlara sevinc bəxş edib, həm də cəmiyyətə ümid mesajı verib.

Qeyd edək ki, hal-hazırda “Rabitəbank” ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 75 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “RabitaBot” çatbotu və 133 Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.