Xəbər verdiyimiz kimi, ötən gün Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, 1980-cı il təvəllüdlü Özbəy Əmirhəmzəyev idarə etdiyi "Qaz 53" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək yol kənarındakı işıq dirəyinə çırpılıb, o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

"Unikal" Özbəy Əmirhəmzəyevin fotosunu əldə edib.

Seymur Əli