Paytaxtın Nərimanov rayonunda yerləşən "Xal-Xal" restoranı sökülür.

"Unikal" xəbər verir ki, restoranın sökülməsinə səbəb Həsən Əliyev və Əhməd Rəcəbli küçələrinin kəsişməsindəki dairənin ləğv edilərək yerində avtomobil tunelinin inşası ilə əlaqədar işlərin görülməsidir.

Qeyd edək ki, bir müddət əvvəl Həsən Əliyev və Əhməd Rəcəbli küçələrinin kəsişməsində yerləşən "Şəki" restoranı sökülüb.