Tovuzda yol qəzası olub.

"Unikal"ın məlumatına görə, hadisə rayonun İbrahimhacılı kəndinin yaxınlığında qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ-2106" ilə "VAZ-2107" markalı minik maşınları toqquşub. Qəza zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov