Tovuzda baş verən mübahisə qanla bitib.

"Unikal"ın məlumatına görə, ruhi-əsəb xəstəsi, 31 yaşlı Kainat Namazov mübahisə zamanı anası 55 yaşlı Sevinc Həsənovanı və bacısı 25 yaşlı A.Namazovanı batlalayıb. Nəticədə ana ölüb, bacısı isə ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşları tərəfindən K.Namazov saxlanılıb. 

Fakt araşdırılır. 

***15:19

Tovuzda yanğın hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, rayonda yerləşən fərdi yaşayış evlərinin birində anidən yanğın olub. Dərhal əraziyə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər gedir.

Məlumata görə, evi ailə üzvülərinindən biri mübahisə zamanı yandırıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov