Amerikalı reper Kanye Uest ikinci dəfə adını dəyişmək üçün məhkəməyə sənədlər təqdim edib.
"Unikal" xəbər verir ki, bu barədə “Page Six” məlumat yayıb.
Nəşr vurğulayır ki, reperin maliyyə direktoru Hüseyn Lalani musiqiçinin adını Ye Ye olaraq dəyişmək istədiyini bildirib.
2021-ci ilin oktyabrında Los-Anceles məhkəməsi sənətçinin adını Ye olaraq dəyişdirməsinə icazə vermiş, 2024-cü ildə musiqiçi rəsmi olaraq adını Ye olaraq dəyişmişdi. Lakin daha sonra o, "Ye"nin qul adı olduğuna inanmış və yenidən məhkəməyə müraciət edib.