ABŞ prezidenti Donald Tramp “Trump card” adlı xüsusi internet saytının istifadəyə verildiyini elan edib. Karta sahib olanlar ABŞ-də 5 milyon dollarlıq yaşayış icazəsinə sahib olurlar.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, “TrumpCard.gov” saytı daimi yaşayış və daha sonra vətəndaşlıq əldə etmək istəyən potensial ərizəçilər üçün nəzərdə tutulub.
Portalda istifadəçilərdən adlarını, yaşayış bölgələrini və e-poçt ünvanlarını, habelə fiziki şəxs və ya şirkət adından müraciət etdiklərini qeyd etmələri xahiş olunur.
Tramp “qızıl kart” ideyasını hələ fevral ayında açıqlamışdı. Onun sözlərinə görə, ABŞ külli miqdarda pul xərcləyə, vergi ödəyə və iş yerləri yarada bilən zəngin və uğurlu insanlara rezidentlik verəcək.
Gülayə Mecid