İranda internetə giriş məhdudlaşdırılıb.
"Unikal" İran mətbuatına istinadən xəbər verir ki, bu barədə İranın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bəyanat yayıb.
Bildirilib ki, İran hakimiyyəti tərəfindən İsrailin hücumu ilə əlaqədar internetə girişə müvəqqəti məhdudiyyətlər qoyulub.