Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumatına görə, 14–16 iyun 2025-ci il tarixlərində aşağıdakı ünvanlarda yol təmir işləri aparılacaq.

"Unikal" sözügedən yolları diqqətinizə çatdırır. 

1. Səbail rayonu – Badamdar şosesi;

2.Binəqədi rayonu – Mehdiabad–Binəqədi–Balaxanı yolunun kəsişməsi;

3. Nərimanov rayonu – Ziya Bünyadov prospekti

 • Ə.Salamzadə küçəsindən Azadlıq prospekti istiqamətinə

 • Çingizxan mərasim evinin yanı, yan yol;

4. Xətai rayonu – Babək prospekti

 • 92 nömrəli ünvanda, yan yol və maşın bazarının yaxınlığı;

5. Yasamal rayonu – Ə.Haqverdiyev küçəsi

 • H.Cavid prospektindən Ş.Mehdiyev küçəsinədək;

6. Nizami rayonu – R.Rüstəmov və E.Süleymanov küçələrinin kəsişməsi.

"Təmir işləri ilə əlaqədar qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaqdır. Xahiş edirik, hərəkətinizi əvvəlcədən planlayasınız və müvəqqəti dəyişiklikləri nəzərə alasınız", - agentliyin məlumatında qeyd olunub.