İranın İsrailə endirdiyi raket zərbələri nəticəsində ölənlərin sayı 3-ə çatıb, 91 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

***

İsrail ərazisinə İranın səhər hücumu nəticəsində azı 21 nəfər yaralanıb, iki nəfər isə ölüb.

"Unikal" xəbər verir ki, bu barədə İsrailin "Ynet" portalı Milli Tibb Xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, təxminən 30 yaşlı kişi aldığı xəsarətlərdən keçinib, kritik vəziyyətdə xəstəxanaya yerləşdirilmiş daha bir qadın da sağ qalmayıb.

***

İranın İsrailə zərbələri nəticəsində ağır yaralanan qadın xəstəxanada keçinib.

"Unikal" xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.

Bildirilib ki, zərbələr Təl-Əvivdə ciddi dağıntılara səbəb olub, binaların uçqunları altında insanlar qalmış ola bilər.

Milli Tibb Xidməti 63 zərərçəkmişə yardım göstərildiyini açıqlayıb.