Bu gün, iyunun 14-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yay mövsümü ilə əlaqədar paytaxtda növbəti dəfə aparılan təmizlik işləri çərçivəsində kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 550 əsas küçə, prospekt və məhəllədaxili yolların yuyulması təmin edilib və eyni zamanda genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib.
Bu barədə "Unikal"a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən bildirilib.
Bildirilib ki, paytaxtın bütün rayonlarını əhatə edən iməclik Bakı şəhərinin daha da gözəlləşdirilməsinə böyük töhfə olub.