Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb. 

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. 

İsrail-İran münaqişəsi, regional və qlobal problemlər müzakirə olunub.

Ərdoğan İsrailin İrana qarşı qanunsuz hücumlarını ən sərt şəkildə qınadığını və həlak olanlara görə İran xalqına başsağlığı verdiyini bildirib.

Prezident İsrailin bütün bölgəni atəşə tutmaq məqsədi daşıyan hücumlarının beynəlxalq hüququn açıq şəkildə pozulması olduğunu, Netanyahunun bu hücumlarla nüvə danışıqları prosesini sabotaj etməyə çalışdığını deyib. 

O, telefon danışığı zamanı bildirib ki, İsrail İrana hücumları ilə dünyanın diqqətini Qəzzadakı soyqırımdan yayındırmağa çalışır.

Ərdoğan həmçinin Türkiyənin Natanzdakı obyektdə nüvə sızması ehtimalı ilə bağlı hadisələri yaxından izlədiyini və nüvə mübahisəsinin yeganə həllinin diplomatik proseslər olduğunu bildirib.

Ağarza Elçinoğlu