Zaqatalada motosiklet aşıb, ölən var
"Unikal" xəbər verir ki, ötən gün axşam saatlarında Zaqatala rayonunun Mosul kəndi ərazisində motosiklet idarəetmədən cıxaraq aşıb. Nəticədə sürücü, 1958-ci il təvəllüdlü Osman Orucov agır bədən xəsarətləri ilə Zaqtala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, göstərilən tibbi yardımlara baxmayaraq gecə saatlarında dünyasını dəyişib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı cinayət başlanılıb, istintaq aparılır.
Seymur Əli