Zaqatalaya yağan dolu təsərrüfatlara ziyan vurub.
"Unikal" xəbər verir ki, bu gün şimal-qərb bölgəsində sürən qeyri-sabit hava Zaqatala rayonunun Qandax, Faldarlı, Muğanlı və Dağlı kəndlərinə xeyli ziyan vurub. Təxminən 10-15 dəqiqə davam edən iri dolu meyvə ağaclarına, əkin sahələrinə, tərəvəz və bostan bitkilərinə xeyli ziyan vurub.
Seymur Əli