Xəbər verdiyimiz kimi, ötən gün Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 3 km aralı, nəzarətsiz ərazi) batan 1 nəfərin axtarışları başa çatıb. Batan şəxsin meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
"Unikal"ın məlumatına görə, dənizdə batan 15 yaşlı yeniyetmə Vəliyev Elmir İntiqam oğludur.
O, 71 saylı məktəbin 9-cu sinif şagirdi olub.
Onun fotosunu təqdim edirik:
Seymur Əli