Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sabirabad rayonunda klinikada yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
"Unikal" xəbər verir ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində birmərtəbəli klinikanın dam örtüyündə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
*** 17:00
Sabirabad şəhər ərazisində klinikada yanğın hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, hadisə Sabirabad şəhərindəki Muğan klinikasında qeydə alınıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib. Yanğının söndürülməsi üçün lazımı tədbirlər davam etdirilir.