Lənkəranda da hər il olduğu kimi bu il də Milli Qurtuluş Günü təntənə ilə qeyd olunub.

"Unikal" xəbər verir ki, səhər saatlarından başlayaraq Ümummilli Liderin Lənkəran şəhər Heydər Əliyev parkında ucaldılmış abidəsi Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, icra aparatının kollektivi, rayonun hüquq-mühafizə orqanlarının nümayəndələri, hərbi qulluqçular, idarə, müəssisə və təşkilatların əməkdaşları, habelə geniş ictimaiyyət tərəfindən ziyarət edilib.

Qeyd edək ki, Milli Qurtuluş Günü ilə bağlı rayonun təhsil, mədəniyyət,  gənclər, səhiyyə və digər müəssisələrində silsilə tədbirlər keçirilib və gün ərzində Ulu Öndərin abidəsi ictimaiyyət nümayəndələri tərəfindən ziyarət olunub.