AzTV bu gün İranın keçmiş prezidenti Mahmud Əhmədinejatla bağlı yayılan xəbərə aydınlıq gətirib.
"Unikal" xəbər verir ki, bildirilib ki, xəbər İran KİV-lərinə istinadla efirdə səsləndirilib:
“AzTV Xəbər”in 20:00 buraxılışında İran İslam Respublikasının sabiq Prezidenti Mahmud Əhmədinejata qarşı sui-qəsd törədilməsi ilə bağlı məlumat verilib. Xəbər rəsmi mənbələrdə təsdiqini tapmadığına görə, tamaşaçılardan üzr istəyirik”.
Xatırladaq ki, Əhmədinejadın ölüm xəbəri rəsmi mənbələr tərəfindən təkzib olunub.