İran İsrailin hökumət binalarını və Knesseti vurub.

"Unikal" xəbər verir ki,  Hayfa ilə yanaşı Qüds, Təl-Əviv, Beyr-Şeva və bir sıra digər yaşayış məntəqələri də raket atəşinə tutulub.

***

İranın İsrailə raket hücumu zamanı 5 nəfər yaralanıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  ən çox ziyan Hayfa şəhərinə dəyib. 

İran tərəfi bildirib ki, İsrail Baş Təhlükəsizlik Xidmətinin (Şin Bet) qərargahını da hədəf alıb.

 ***16:52

İran İsrailə yenidən raket hücumuna başlayıb. 

"Unikal" İsrail mediasına istinadən xəbər verir ki, Tehran Tel-Əvivə  20-dən çox raket atıb. Paytaxt şəhərdə partlayışlar baş verib. 

Bildirilib ki, havadan müdafiə sitemləri fəaliyyətə keçib. Əhaliyə təhlükəsiz məkanlara sığınmaq göstərişi verilib.