Xəbər verdiyimiz kimi, İsrailin hərbi hava qüvvələri siyasi məhbusların saxlanıldığı "Evin" həbsxanasını vurub. 

"Unikal" xəbər verir ki, bu barədə "İran İnternational" məlumat yayıb. 

"Evin" Həbsxanasından agentliyə bildirilib ki, İsrailin həbsxanaya hücumlarında, Evinin inzibati, iclas və prokurorluq binaları hədəfə alınıb və bəzi həbsxana işçiləri öldürülüb.

Qeyd olunub ki, məhbusların saxlanıldığı kolonlar vurulmayıb. 

***14:16

İsrail Müdafiə Qüvvələri (IDF) Tehrandakı "Evin" həbsxanasına hücum edib.

"Unikal" xəbər verir ki, bu barədə IDF məlumat yayıb.

Bundan əvvəl İsrail Müdafiə Nazirliyinin rəhbəri Israel Katz bildirib ki, qoşunlar Tehrandakı hökumət obyektlərinə “görünməmiş dərəcədə güclü zərbələr endirir”.

Qeyd edək ki, "Evin" həbsxanası 1979-cu il İslam inqilabından sonra həbs edilən siyasi məhbusların, jurnalistlərin, fəalların və xarici vətəndaşların saxlandığı ölkənin ən təhlükəli həbsxanası kimi tanınır.

Gülayə Mecid