"Bu gün saat 09:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub".
"Unikal" xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub:
"Hadisə yerində 2 qadına ilkin tibbi xidmət göstərilib və müştərək travmalar diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Onlara başın açıq yarası və bud sümüyünün sınığı diaqnozları təyin edilib. Hər iki şəxsə zəruri instrumental-diaqnostik müayinələr təyin edilib. Vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir".
***10:09
Yasamal rayonu, Bakı Kənar Dairəvi yolda yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında bildirilib.
Qeyd edilib ki, qəza səbəbindən “Biləcəri” dairəsi istiqamətində sıxlıq yaranıb.
Nəqliyyat vasitələrinin sərbəst hərəkətini təmin etmək üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.