Dağıstanın dövlət katibi Maqomed-Sultan Maqomedov “Daqnefteprodukt”un cinayət işi ilə bağlı saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Maqomedov və ona yaxın olan bəzi şəxslər saxlanılıb”, - nəşr qeyd edib.
Bildirilir ki, onun barəsində “Daqnefteprodukt” ASC-nin qanunsuz özəlləşdirilməsi ilə bağlı cinayət işi açılıb.
***11:55
Hüquq-mühafizə orqanlarının əməkdaşları “Anji”nin yaradıcısı və Dağıstanın dövlət katibi Maqomed-Sultan Maqomedovun evində axtarış aparır.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat dərc edib.
Bildirilir ki, Maqomedovun və yaxınlarının ünvanlarında axtarışlar aparılır. Digər təfərrüatlar hələlik verilməyib.
Gülayə Mecid