Diaqnoz Tibb Mərkəzinin Ortoped-Travmatoloqu Dr. Zahid Səfərov tərəfindən bud-çanaq protezi əməliyyatı uğurla icra olunub.
"Unikal" xəbər verir ki, əməliyyatı icra etdilən pasiyent bud nahiyyəsində daimi, kəskin ağrılar, hərəkət məhdudiyyəti, ayaqda deformasiya və ayaqda qısalıq şikayətləri ilə müayinəyə gəlmişdir. Əməliyyatdan 3 gün sonra olan nəticəni sizə təqdim edirik. Xəstədə axsarlıq, ayaqda qısalıq, deformasiya və hərəkət məhdudiyyəti aradan qaldırılmışdır.
Ortoped-Travmatoloq Dr. Zahid Səfərov bildirik ki, bud-çanaq oynağı insan bədəninin ən böyük oynağıdır. Onsuz yerimək, oturub-durmaq, qaçmaq, bədəni vertikal vəziyyətdə saxlamaq kimi hamıya tanış olan hərəkətləri təsəvvür etmək mümkün deyil. Bu oynağın zədələnməsi, eləcə də, degenerativ və iltihabı xəstəliklər nəticəsində oynaqda baş verən dəyişikliklər ciddi ağrılara və hərəkət məhdudiyyətlərinə səbəb ola bilər. Konservativ müalicə metodları ilə aradan qaldırıla bilinməyən hallarda, pasiyentin əvvəlki aktivlik və həyat tərzini geri qaytara biləcək yeganə yol bud-çanaq oynağının tam və ya hissəvi olaraq süni protezlə dəyişdirilməsi əməliyyatıdır.
Total bud-çanaq oynağı protezi nədir?
Bud-çanaq oynağının total protezləşdirilməsi (artroplastikası), bud-çanaq oynağı ağır dərəcədə zədələnmiş xəstələrdə oynağın süni bir oynaqla dəyişdirilməsi əməliyyatıdır. Protez kobalt, xrom və ya titaniumumdan istehsal edilən əsas hissələr ilə yanaşı onları birləşdirən plastik, metal və ya keramik əlavə hissələrindən ibarətdir.
Oynaqların protezlə dəyişdirilməsi hansı hallarda icra edilir?
– Bud-çanaq oynağının osteoartriti (artrozu);
– Revmatoid artrit;
– Travmadan sonrakı artrit;
– Bud sümüyünün başının avaskulyar nekrozu;
– Bud-çanaq oynağının çıxıq və sınıqları (sirkə kasasının, bud sümüyünün boynunun, burmalararası sınıqları).
İcbari tibbi sığortanın "Göndəriş vərəqi" ilə Diaqnoz Tibb Mərkəzində bud-çanaq oynağının süni protezlə dəyişdirilməsi əməliyyatı icra edilir.
Çağrı mərkəzi: 904
Mobil: +994 55 754 43 03
Ünvan: Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 38C