Xaçmazda avtomobil velosipedçini vurub.

"Unikal"ın məlumatına görə, Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Qaradağbuduq kəndi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib. 

Belə ki, "Ford-Tranzit" markalı nəqliyyat vasitəsi velosipedçi 2012-ci il təvəllüdlü Əhmədov Seyid Asif oğlunu vurub.

Yaralı ağır vəziyyətdə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına aparılıb, hazırda tibbi yardım göstərilir.

Onu vuran yük avtomobili "Royal telefon aksesuarları" firmasına məxsusdur.  

Faktla bağlı araşdırma aparılır.

Asiman Qaraca