08.07.2025-ci il tarixində saat 16:30 radələrində Gədəbəy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (2-si kişi, 2-si qadın cinsli olmaqla) Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə "Unikal"a TƏBİB-dən bildirilib.

Qeyd edilib ki,onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Hazırda hər birinin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.

***22:03

Gədəbəydə qəza olub 4 nəfər xəsarət alıb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun ərazisində  qeydə alınıb. Belə ki hərəkətdə olan "Priusla" ilə "Niva" markalı minik maşını toqquşub.Qəza zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Fakt araşdırılır.

Tural Əhmədov