Gəncədə zəncirvari qəza olub.
"Unikal"ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib.
Belə ki, hərəkətdə olan “Mercedes”, "Lada Granta” və “Hyundai” markalı minik maşınları toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
Fakt araşdırılır.
Tural Əhmədov