İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın əvvəlcə nümayəndə heyətlərinin iştirakı ilə görüşü keçirilib.

"Unikal" xəbər verir ki, sonra görüş təkbətək formatda davam edib.

***

11:43

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla təkbətək formatda görüşünə fasilə verilib.

"Unikal" xəbər verir ki, görüş fasilədən sonra davam edəcək.

***

11:11

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri ilə görüşü təkbətək formatda davam edir.

"Unikal" xəbər verir ki, heyətlərin iştirakı ilə görüş başa çatıb.

***

09:07

Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.