Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə şəhər ərazisindən qeydə alınıb. Belə ki, hərəkətdə olan iki minik maşını - "VAZ 21015" və "VAZ 2107" markalı avtomobil toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov